Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə dövlət başçısı yanında rus dilinin və Rusiya xalqlarının dillərinin dəstəklənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün Şura yaradıb.
Viral.az TASS-a istinadla xəbər verir ki, Putin eyni sənədlə əvvəllər mövcud olan Rus Dili Şurasını ləğv edib.
Şuranın məşvərətçi orqan kimi vəzifələrinə “rus dilinin və Rusiya Federasiyası xalqlarının dillərinin dəstəklənməsi, rus dilinin dünyada mövqeyinin təşviqi və möhkəmləndirilməsi”nin əsas istiqamətləri üzrə dövlət başçısına təkliflər hazırlamaq daxildir.
Son Yazılar:
- Azərbaycanda bu şəxslərə 285 manat veriləcək
- Şəkidə 21 yaşlı gənc faciəvi şəkildə ÖLDÜ
- Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatdı – YENİLƏNİB
Sənəddə deyilir ki, struktur həm də Rusiya vətəndaşlarının bu dillərdən istifadə hüquqlarını təmin etməli olacaq.
Şura digər məsələlərlə yanaşı, dövlət orqanlarının, mədəniyyət müəssisələrinin və qeyri-kommersiya təşkilatlarının rus dilinin və Rusiyanın digər dillərinin inkişafı və dəstəklənməsi üzrə işini əlaqələndirəcək, onların öyrənilməsi və inkişafı üçün şərait yaradacaq.
Qurumun sədri daha əvvəl Rus Dili Şurasına rəhbərlik etmiş Yelena Yampolskaya olacaq.
(redaktor.az)