İsrail ordusu “Hizbullah”ın raket qüvvələrinin səhra komandirini ÖLDÜRDÜ

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda “Hizbullah” hərəkatının raket qüvvələrinin səhra komandirini öldürüb.

Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Həmçinin bildirilir ki, İsrail hərbçiləri hərbi tikiliyə və İsrail ərazisinə raket zərbələri endirmək istəyərkən “Hizbullah”ın iki radikalına zərbələr endiriblər.

Son Yazılar: