Polis Akademiyasına neçə nəfər qəbul olub?

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına 2024-cü il üzrə qəbul marafonu uğurla yekunlaşıb.  

DİN-in Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, Polis Akademiyası 2024-2025-ci il üçün 500 nəfər kursantı qəbul edib. 

Daxili işlər orqanlarında təhsilə və xidmətə yararlılığı nəzərə alınaraq seçilən 2250 namizəddən 500 nəfər Akademiyanın “Hüquqşünaslıq” ixtisasına qəbul olub. 

Son Yazılar:

Ən yüksək nəticə 665,7 bal olub, abituriyentlərdən 50 nəfəri 600-dən (ötən illə müqayisədə 36 nəfər çox) yuxarı bal toplayıb. 

Hal-hazırda bütün kursantlar Akademiyaya dəvət olunub və tədris başlayana qədər onların hazırlıq mərhələsinə başlanılıb.