İsrail Qəzzada 15 fələstinlini ÖLDÜRDÜ

İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 15 fələstinli həlak olub, yaralananlar var.

Viral.az xəbər verir ki, Nasir Tibb Kompleksi rəsmisi İsrailin səhər saatlarından şəhərə qarşı həyata keçirdiyi hücumlarda həyatını itirən 10 nəfərin cəsədinin xəstəxanaya gətirildiyini bildirib.

Hadisə Şahidləri bildiriblər ki, İsrail ordusu Rəfah şəhərinin mərkəzində Əl-Avde məscidi yaxınlığındakı ev və binaları yenidən bombalayıb, İsrail hərbi buldozerləri isə şəhərdəki Şərq qəbiristanlığını dağıtmağa başlayıb.

Son Yazılar:

// redaktor.az