Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında İŞTİRAK ETDİ

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri avqustun 19-dan 23-dək İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Viral.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, hazırlıq prosesində millimizin gənc oğlanlardan və qızlardan ibərət 18 idmançısı iştirak edib.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli və qadınlardan ibarət yığma komandanın məşqçiləri Elnur İsmayılov rəhbərlik edib.

Son Yazılar:

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.