“Papa Fransisk daim Belarus Prezidenti Aleksandr Lukaşenkonun işləri ilə maraqlanır”.
Viral.az “Belta”ya istinadən xəbər verir ki, bunu Minskdəki diplomatik missiyasını başa vuran Vatikanın apostol nunsiusu (diplomatı) Ante Yoziç Belarus lideri ilə görüşü zamanı bildirib.
Yoziçin sözlərinə görə, o, hər il Vatikana gələrək Papa Fransisk ilə görüşürdü.
Son Yazılar:
- Gələn il minimum əmək haqları və pensiyalar ARTIRILACAQ
- Bu gündən şagirdlərin elektron yerdəyişmə prosesi BAŞLADI
- Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
“Mən qapıdan içəri girəndə o deyirdi: “Bəs Lukaşenko necədir?” Salam deyil, məhz “Lukaşenko necədir?” deyə soruşurdu” , – diplomat “Belta”ya açıqlamasında qeyd edib.
Bundan əlavə, o vurğulayıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Papa Fransisk arasında müəyyən yaxşı münasibətlər var və bu vacib prinsiplərə əsaslanır.
Qeyd edək ki, Lukaşenko və Papa Fransisk sonuncu dəfə 2016-cı ildə görüşüblər. O zaman Fransisk Belarus liderinə xatirə medalı təqdim edib. Daha sonra Lukaşenko Papa Fransiski Minskə dəvət edib, lakin o, hələ də Belarusa getməyib.