İsrailin şimalında fələstinli və israilli fəallar İsrailin Qəzza zolağına davam edən hücumlarına və işğala, işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı aparılan ayrı-seçkiliyə qarşı nümayiş keçiriblər.
Viral.az xəbər verir ki, nümayişlər İsrailin şimalındakı Taibə şəhərində keçirilib.
Nümayişçilər işğal altındakı İordan çayının qərb sahilindəki “ayrılıq divarı”nın ağzında zeytun budağı daşıyan bir göyərçin tərəfindən yıxıldığını əks etdirən və “Bir xalqı işğal edən millət heç vaxt azad ola bilməz” sözlərini əks etdirən nəhəng pankart açıblar.
Son Yazılar:
- Məşhur müğənni səhnəyə ağlayaraq vida etdi – FOTO
- “Sabah” yeni baş məşqçisini rəsmən AÇIQLADI
- “Salyanski kazarma”nın zabitinə 10 il yarım həbs: 2 milyonluq əmlakı ALINDI
Nümayişçilər “İşğal yox, müharibə yox” kimi şüarlar səsləndirib, əllərində “Müharibə və işğala son”, “İşğal var ikən sülh yoxdur”, “İşğala müqavimət göstərin” və s. kimi ərəb və ibrani yazıları olan plakatlar qaldırıblar.
Əraziyə İsrail Polisi təhkim olunsa da, nümayişə müdaxilə edilməyib.
// redaktor.az