Amerikalı iş adamı, “X” sosial şəbəkəsinin sahibi İlon Mask “FreePavel” həştəqi ilə bir gün əvvəl Fransada saxlanılan teleqram messencerinin təsisçisi Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.
Viral.az-ın məlumatına görə, bu barədə Mask “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durov Le-Burje hava limanında (Fransa) saxlanılmışdı. Yerli mətbuatın yazdığına görə, Fransa vətəndaşlığı olan Durovun adı ölkədə axtarışa verilənlər siyahısında olub. Məlumata görə, Fransa hüquq-mühafizə orqanları Durovu bir sıra səbəblərə görə, o cümlədən teleqramın ölkə hakimiyyəti ilə əməkdaşlıqdan imtinasına görə cinayətlərdə iştirak etdiyini hesab edir.