İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan mina qurbanına çevrilib.
Viral.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Ombudsmanı Səbinə Əliyevanın Füzulinin Zərgər kəndində baş vermiş hərbi sursat partlayışına etirazında yer alıb.
S.Əliyeva vurğulayıb ki, Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir: “Belə ki, işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində cari il 24 avqust tarixində sursat partlayışı nəticəsində bir mülki şəxs yaralanıb.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Bir daha qeyd edirik ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir.
Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır”.