İsrail ordusu 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına təşkil etdiyi hücumlarda 16589-u uşaq olmaqla ümumilikdə 40435 fələstinlini öldürüb.
Viral.az xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada İsrailin Qəzza zolağına 325 gündür davam edən hücumlarında ölənlərlə bağlı ətraflı məlumat verilib.
Açıqlamaya görə, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən 40 min 435 fələstinlinin cəsədi tapılıb. İtkin düşən 10 min adamla birlikdə ümumi can itkisi 50 min 435 olub.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
İsrail ordusunun Qəzzada həyata keçirdiyi 3524 qırğında 7 oktyabrdan sonra doğulan 115-i uşaq da daxil olmaqla 16589 uşaq öldürülüb.
// redaktor.az