Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Bank” ASC-nin vəzifəli şəxsini 1 500 manat məbləğində cərimə edib.
Viral.az bu barədə AMB-yə istinadla xəbər verir.
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Paşa Bank” ASC-nin vəzifəli şəxsi 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilib.