Avrasiya təhlükəsizliyinin yeni arxitekturasının formalaşması kontekstində Xəzər regionunun rolu artır.
Viral.az TASS-a istinadlaq xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyası Prezidentinin MDB üzv dövlətləri ilə Rusiya Federasiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov BRİCS ölkələrinin Beynəlxalq Bələdiyyə Forumunda bildirib.
O vurğulayıb ki, müasir dünyada regional gündəm və regional proseslər ön plana çıxdıqda Xəzər regionu xüsusi məna kəsb edir.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
M.Petrakovun sözlərinə görə, Xəzər problematikası müntəzəm olaraq toplaşan beş Xəzəryanı dövlətin prezidentlərinin diqqətindədir:
“Bu görüşlərdə (Xəzər sammiti) bütün əlaqələrin spektri müzakirə olunur. Beş sahilyanı dövlət arasında regionda sülhün, dostluğun, mehriban qonşuluğun, əməkdaşlığın və xalqların firavanlığının təmin edilməsi məqsədilə Xəzər dənizində qarşılıqlı fəaliyyət sahələrinin hərtərəfli inkişafının zəruriliyinə dair anlaşma hazırlanıb və əldə edilib. Üstəlik, bunlar siyasi şüarlar deyil, real məqsədlərdir. Çünki dənizyanı dövlətlərin real ehtiyaclarını əks etdirir”.