Çinin “Çane-6” kosmik gəmisinin eniş modulu Ayın uzaq tərəfindəki təyin olunmuş Cənub Qütbü-Eytken bölgəsinə uğurla enib.
Viral.az xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.
Son Yazılar:
- Türkiyədə ağır yol qəzasında 4 nəfər ÖLDÜ
- Yaponiyada cütlüklər ayrı yatır – SƏBƏB
- Azərbaycanda ən çox sürülən Çin maşınları
Məlumata görə, cihaz Ay nümunələri toplamaq üçün nəzərdə tutulub.
“Queqiao-2” retranslyator peykinin dəstəyi ilə “Çane-6” eniş aparatı Cənub Qütbü-Eytken hövzəsində təyin olunmuş yerə uğurla eniş edib”, – məlumatda deyilib.
Mayın 3-də Çin Haynan adasının şərq sahilindəki “Vençan” kosmodromundan CZ-5 Y8 daşıyıcı raketindən istifadə edərək “Çane-6”nı kosmosa çıxarıb.
Missiyanın 53 gün davam edəcəyi gözlənilir.