Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, əslən azərbaycanlı Yücel Artantaş uzun sürən xəstəlikdən sonra Ankara şəhərində vəfat edib.
Viral.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edək ki, Yücel Artantaş 1952-ci ildə İğdırda anadan olub. O, 2002-ci ildə 22-ci çağırış (2002-2007) Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini olub.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Yücel Artantaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.