“Xəzər dənizinin səviyyəsi əsrin sonuna qədər 6 metrə qədər azala bilər”.
Viral.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ekoloji Siyasət” şöbəsinin müdir müavini Rafiq Verdiyev deyib.
O bildirib ki, son 30 ildə Xəzər dənizinə tökülən çayların səviyyəsi azalıb.
Son Yazılar:
- ABŞ-də təyyarə qəzaya uğradı: Ölən VAR
- Azərbaycanda bu şəxslərə 285 manat veriləcək
- Şəkidə 21 yaşlı gənc faciəvi şəkildə ÖLDÜ
“Bundan başqa, yağıntı azalır, buxarlanma artır, bu da Xəzərin səviyyəsinin azalmasına səbəb olacaq. 1979-cu ildə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə görə şimal çaylarının dənizə yönləndirilməsi layihəsi nəzərdə tutulurdu. Sonra da Xəzərin səviyyəsi artdı. Buna görə də layihə təxirə salındı. Lakin gedən proseslər bu layihəni yenidən gündəmə gətirə bilər”, – deyə o qeyd edib (Trend).