Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölən var.
Viral.az xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.
İlkin ehtimala görə, beş nəfər – 3 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən “Niastol” adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərlənib.
Son Yazılar:
- Kitaba “toy” tutanlar…
- Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin ETDİ
- “Hamı “Mercedes” olmaq istəyir”
Nəticədə bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən “Niastol” preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.