İraqda reyd zamanı ABŞ-nin yeddi hərbçisi yaralandı

ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD terror qruplaşmasının yaraqlılarının məhv edilməsi üzrə birgə əməliyyatı zamanı 7 amerikalı hərbçi yaralanıb.

Viral.az xəbər verir ki, bu barədə “Associated Press” amerikalı hərbi rəsmiyə istinadən xəbər yayıb.

Məlumata görə, xəsarət alanların hamısının vəziyyəti sabitdir.

Son Yazılar:

Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Amerika ordusu və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD-in 15 yaraqlısını məhv etdiyini bildirib.