Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası Konstitusiyada pravoslav kilsəsinin statusunu gücləndirmək niyyətindədir.
Viral.az xəbər verir ki, bunu partiyanın təsisçisi Bidzina İvanişvili deyib.
Onun sözlərinə görə, 1995-ci ildən bəri Konstitusiyada din və kilsə ilə bağlı mövcud qeyd pravoslav kilsəsinin ölkənin həyatında oynadığı rolu düzgün əks etdirmir.
Son Yazılar:
- Spirtli içkilər xərçəng riskini ARTIRIR – Həkim AÇIQLADI
- Kitaba “toy” tutanlar…
- Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin ETDİ
Siyasətçi bildirib ki, Gürcüstan dövlətinin kimliyinin sütunu olan Pravoslav Kilsəsinin statusu və missiyası Konstitusiya aydın şəkildə öz əksini tapacaqdır.
İvanişvili əlavə edib ki, əsas sənəd həm də kilsənin həm ölkə tarixində, həm də indiki reallıqda xüsusi rolunu əks etdirəcək. O, həmçinin vurğulayıb ki, Konstitusiya kilsənin müstəqilliyi və dini etiqad azadlığı prinsipini təsbit edəcək.