Pakistanda terrorçular ŞƏT-in sammitini pozmaq İSTƏYİRMİŞLƏR

Pakistanda terrorçu “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 2024-cü il oktyabrın 15-16-da keçirilməsi planlaşdırılan sammitini pozmaq istəyirmişlər.

Viral.az xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti Pakistanın daxili işlər nziri Möhsin Nəqvinin Senatdakı (parlamentin yuxarı palatası) çıxışına istinadən məlumat yayıb.

O qeyd edib ki, bir neçə qrup Bəlucistandakı hücumlarda iştirak edib və əvvəlcədən bəzi terror aktları planlaşdırıblar. Nazir, həmçinin ölkə hakimiyyətinin radikalların yaratdığı təhlükəni aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

Son Yazılar:

Qeyd edək ki, avqustun 27-də axşam saatlarında Bəlucistanda silsilə terror aktları baş verib. Radikalların hədəfləri orduya çağırış məntəqələri, polis məntəqələri və vilayətin nəqliyyat infrastrukturu olub.

Gün ərzində Mastunq, Kalat, Pasni, Suntsar, Sibi, Pəncqur, Turbat, Bela, Kvetta, eləcə də Qvadar şəhərlərində terror aktları qeydə alınıb. Hücumlara görə məsuliyyəti Bəlucistan Azadlıq Ordusu qruplaşması öz üzərinə götürüb.

Federal hökumətin iclası zamanı baş nazir Şahbaz Şərif hücumlar nəticəsində ölənlərin sayının 50-dən çox olduğunu bildirib.