Azərbaycanın olimpiya çempionu səs VERDİ

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Viral.az xəbər verir ki, sent atıcılığı üzrə olimpiya çempionu 17 saylı Yasamal III seçki dairəsinin 17 saylı seçki məntəqəsində səs verib.

“Əhəmiyyətli gündür. Ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunandan sonra ilk parlament seçkiləri gerçəkləşir. Vətəndaşlarımız, soydaşlarımız artıq doğma yurdlarına qayıdırlar və orada seçkilərdə iştirak edirlər. Bu, Azərbaycanın gücünü göstərir. Bu gün seçilən şəxslərə böyük məsuliyyət düşür. Parlamentdə təmsil olunacaq deputatlara uğurlar arzulayıram”, – deyə Z.Meftahətdinova vurğulayıb.

Son Yazılar:

Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.