Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün öz missiyasını başa vurur.
Viral.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.
“Bu gün mənim Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi son günümdür. Demək olar ki, 7 il əvvəl, 2017-ci ilin noyabrında işə başladığımdan bəri çox şey oldu. Bununla belə, bir şey dəyişməz olaraq qalır: Aİ-nin regiondakı qonşularımıza dayanıqlı və ədalətli sülh nail olmaqda kömək etmək öhdəliyi”, – paylaşımda qeyd olunub.