HƏMAS hərəkatı əllərində qalan israilli girovların 36 il əvvəl itkin düşmüş pilot Ron Aradın taleyini təkrarlaya biləcəyi ilə hədələyib.
Viral.az xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub.
“Netanyahu onlarla yeni Ron Aradın meydana çıxmasını istəyirtəşviq edir”, – deyə HƏMAS-ın bəyanatında deyilir.
Son Yazılar:
- Kitaba “toy” tutanlar…
- Deputat əmisi qızını işdən çıxarıb yerinə öz xanımını təyin ETDİ
- “Hamı “Mercedes” olmaq istəyir”
Qeyd edək ki, sözügedən israilli pilot Ron Arad 1986-cı ildə Səidə şəhəri yaxınlığında döyüş tapşırığı yerinə yetirərkən təyyarəsi qəzaya uğrayıb. O Livandakı Amal hərəkatının tərəfdarları tərəfindən əsir götürülüb. Bundan sonra İsrail dərhal pilotun azad edilməsi üçün danışıqlara başlayıb. Lakin iki il sonra danışıqlar dayandırılıb. 1988-ci ildən pilot itkin düşmüş hesab edilib, onun yeri və taleyi hələ də məlum deyil.