Azərbaycanda növbədənkənar parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait təmin edilib.
Viral.az xəbər verir ki, MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov mətbuat konfransında deyib.
O qeyd edib ki, MDB-dən olan müşahidəçilər öz hesabatlarında seçki komissiyalarının əlaqələndirilmiş işini və demək olar ki, pozuntu hallarının olmamasını qeyd ediblər: “Seçki komissiyalarının sakit, yaxşı əlaqələndirilmiş işi var idi və praktiki olaraq heç bir pozuntu halı qeydə alınmayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait təmin edilib”.
Son Yazılar:
- Bu əməliyyatı pulsuz etdirə bilərsiniz: Vətəndaşların DİQQƏTİNƏ
- ABŞ-də təyyarə qəzaya uğradı: Ölən VAR
- Azərbaycanda bu şəxslərə 285 manat veriləcək
L.Anfimovun sözlərinə görə, seçki günü MDB-dən olan müşahidəçilər Azərbaycanın 16 şəhər və rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Xankəndi, Şuşa, Ağdam şəhərlərində xeyli sayda seçki məntəqələrində olublar: “Səsvermə sakit, mütəşəkkil və şəffaf şəraitdə keçib. Bəzi seçki məntəqələrində müxalifət partiyalarının nümayəndələrinin səsvermənin gedişi ilə razılaşmaması ilə bağlı ayrı-ayrılıqda insidentlər qeydə alınıb”.