Eyfel qülləsini yaradan mühəndis Qustav Eyfelin nəvələri, Paris meri Ann Hidalqonun qüllənin fasadında 2024-cü il Olimpiya Oyunları üçün quraşdırılan olimpiya halqalarının qalıcı olaraq saxlanılması qərarına qarşı çıxıblar.
Viral.az xəbər verir ki, bu barədə BFMTV kanalının efirində Eyfelin nəvələrinin cəmiyyətinin sədri Savin Yeatman-Eyfel məlumat verib.
Ann Hidalqo avqustun 31-də “Ouest-France” qəzetinə verdiyi müsahibədə olimpiya halqalarının Eyfel qülləsində qalacağını və bunun üçün Beynəlxalq Olimpiya Komitəsindən (BOK) icazə aldığını bildirib.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
“Paris və Fransanın simvoluna çevrilmiş Eyfel qülləsi yalnız Olimpiya Oyunları kimi bir hadisə ilə əlaqələndirilməməlidir, onun daha geniş bir mənası var” , – deyə Yeatman-Eyfel vurğulayıb.
Yeatman-Eyfelin sözlərinə görə, qüllənin fasadı mühüm hadisələri qeyd etmək üçün istifadə olunur və qüllənin yalnız bir hadisə ilə əlaqələndirilməsindən narahatdır.
BFMTV-nin məlumatına görə, Eyfelin digər nəvələri də qüllədəki halqaların qalıcı olaraq saxlanılması ideyasına qarşı çıxırlar.
Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunlarının başlamasına 50 gün qalmış, iyunun 7-də Parisdə Eyfel qülləsində beş olimpiya halqası quraşdırılıb. Təkrar emal olunmuş poladdan hazırlanmış, 30 ton ağırlığında olan bu konstruksiya qüllənin cənub tərəfində yerləşdirilib və üzü Sena çayına baxır. Hər halqanın diametri 9 metrdir.