Əfqanıstan paytaxtı Kabilin cənub-qərbində kamikadze-terrorçunun hücumu nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
Viral.az xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi Kabil polis idarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.
“Bu gün günorta saatlarında Kabilin altıncı rayonunun Qala Bəxtiyar bölgəsində bir nəfər əldəqayırma partlayıcını işə salıb, nəticədə 1-i qadın olmaqla, 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdiriliblər”, – o deyib.
Son Yazılar:
- Daha bir DSX hərbçisi faciəvi şəkildə öldü
- Bu avtobusların hərəkət intervalı AZALDILDI
- General Bərxudarov işdən çıxarılmasından danışdı: “Əşi, bu söhbətin başını buraxın”
X.Zadran əlavə edib ki, polis hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaları davam etdirir.