İki idmançımız çıxışını başa vurdu

Azərbaycan parapauerliftinqçisi Ceyhun Mahmudov (54 kq) Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.

Viral.az xəbər verir ki, final mərhələsində çıxış edən idmançımız 10 iştirakçı arasında 8-ci yeri tutub.

Bundan başqa Azərbaycan paraatleti Rüfət Rəfiyev (F36 kateqoriyası) nüvəitələmə yarışında çıxış edib. Yeddi iştirakçı arasında altıncı yeri tutan Rəfiyev yarışı mükafatsız başa vurub.

Son Yazılar:

Qeyd edək ki, Paris-2024-də Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.