Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi ikinci oxunuşda qəbul edilib.
Viral.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bir sıra müxalifət partiyaları qərarı boykot etdiyi üçün parlamentin plenar iclasına qatılmayıb.
Qanun layihələri paketi 81 səslə qəbul edilib.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Layihələrdə eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların homoseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur.
Qeyd edək ki, iyunun 27-də Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihələri paketini birinci oxunuşda təsdiqləmişdi.