Belarusda Yaponiya kəşfiyyatının əməkdaşı SAXLANILDI

Belarusda xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yaponiya kəşfiyyatının əməkdaşı saxlanılıb.

Viral.az xəbər verir ki, bu barədə “Belarus-1” dövlət telekanalı məlumat yayıb.

Məlumata görə saxlanılan yapon kəşfiyyat agenti Belarusdakı ictimai-siyasi vəziyyət, Çinin “Bir kəmər – bir yol” təşəbbüsünün həyata keçirilməsi, o cümlədən Belarus-Ukrayna sərhədində baş verənlər haqqında hərbi infrastrukturun çəkilişi ilə məlumat toplayırmış.

Son Yazılar:

“Mənim hərəkətlərim Belarus üçün təhlükəli ola bilər” deyən məhbusun, dindirilməsinin videogörüntüləri “Belteleradiocompany” Xəbər Agentliyinin Telegram kanalında dərc edilib.

Materialda Yaponiya vətəndaşının Qomel bölgəsində olarkən göründüyü video görüntülər əks olunub.