DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq edib.
BDYPİ-dən Viral.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
BDYPİ hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.
Son Yazılar:
- On minlərlə ev və iş yeri işıqsız qaldı
- Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik
- Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb