Vyetnamın şimalını vuran “Yaqi” qasırğası nəticəsində azı 14 nəfər ölüb, 180-dən çox insan yaralanıb.
Viral.az xəbər verir ki, bu barədə fövqəladə hallara qarşı mübarizə və axtarış-xilasetmə Milli Komitəsi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətdən ən çox paytaxt Hanoy və liman şəhərləri zərər çəkib.
Son Yazılar:
- “İran dünya ölkələri arasında ABŞ-nin əsas düşmənidir”
- Sumqayıtda qadın qaynı tərəfindən BIÇAQLANDI
- Yaxın həftələrdə İsrail ilə İran arasında eskalasiya riski yüksəkdir
Qasırğa 400-dən çox elektrikötürücü qülləyə və 27 elektrik yarımstansiyasına ziyan vurub, elektrik enerjisinin verilişində fasilələr yaranıb, 121 min hektardan çox əkin sahəsi su altında qalıb, 38 gəmi və balıqçı qayığı sahillərdə itib.