Professor Doktor Ömer Işık vəfat edib.
Viral.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti məlumat yayıb.
“Professor Ömer Işık, ürək və damar cərrahiyyəsində sayısız əməliyyatlar həyata keçirən, yaşatmaq və yaşamaq ümidini daşıyan bir həkim idi. O, yalnızca xəstələrinə deyil, eyni zamanda yetişdirdiyi çoxsaylı tələbə və asistentlərə də bilik və təcrübələrini ötürərək, ürək və damar cərrahiyyəsində əvəzolunmaz töhfələr verib.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Professor Ömer Işık, həm bir alim, həm də bir müəllim kimi unudulmaz izlər buraxıb. Onun bu sahəyə verdiyi töhfələr və göstərdiyi fədakarlıq həmişə xatırlanacaq.
Böyük bir dəyəri itirdik. Acımız böyükdür. Allah rəhmət eləsin, ruhu şad olsun. Cəmiyyətimiz adından mərhum hocamızın ailəsinə, yaxınlarına və iş yoldaşlarına dərin hüznlə başsağlığı diləyirik”, paylaşımda bildirilir.