Sudanda münaqişədə 20 mindən çox insan ölüb

Sudanda 2023-cü ilin aprelindən davam edən münaqişə 20 mindən çox insanın ölümünə səbəb olub.

Viral.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Port-Sudanda keçirilən mətbuat konfransında bildirib.

Tedros Qebreyesus nəzərə çatdırıb ki, Sudanda 10 milyon insan evini tərk etmək, 2 milyon nəfər qonşu ölkələrə qaçmaq məcburiyyətində qalıb. Hazırda ölkə əhalisinin yarısından çoxunun – 25 milyona qədər sudanlının dəstəyə ehtiyacı var. Onlardan 14,7 milyon nəfərə təcili dəstək tələb olunur.

Son Yazılar:

ÜST baş direktoru tərəfləri dərhal atəşi dayandırmağa, siyasi həll axtarmağa, eyni zamanda beynəlxalq aləmi humanitar sahədə maliyyə dəstəyini artırmağa çağırıb.