Almanın bilinməyən FAYDALARI

Hər gün yeyilən almanın bədənimizə nə qədər böyük təsirləri olduğunu bilirsinizmi? Müxtəlif liflər sayəsində uzun müddət tox tutan və pəhriz zamanı yeyilən almanın faydalarını sizə təqdim edirik. 

Viral.az xəbər verir ki, bir almanın verdiyi enerji 100 qramda yalnız 54 kaloridir. Bu enerji yağdan deyil, meyvə şəkəri kimi həzm edilən şəkərdən yarandığı üçün insanı kökəltməz. Alma yemək ürək və damar xəstəliklərinin yaranmasını önləyər. Xərçəng yaranması riskini azaldar. Günorta yeməyindən əvvəl yeyilən alma bağırsaqları işlədər və həzmi asanlaşdırar.

Tərkibindəki pektin maddəsi sayəsində zərərli xolesterolu azaldar. Faydalı xolesterol nisbətinin yüksəlməsinə kömək edər.C vitamini sayəsində immunitet sistemini gücləndirər.

Son Yazılar:

Nəfəsi rahatlaşdırar və qastritdən qaynaqlanan ağrıların azalmasına kömək edər.Səhər acqarnına yeyilən alma qanı təmizləyər və toksinləri atmağa kömək edər.Almanı dişləyərək yemək dişləri təmizləyər və diş ətlərini gücləndirər.

Yatmazdan öncə yeyilən alma bədənin rahatlanmasını təmin edər və yuxu gətirər.Yaşıl və turş alma ürəkbulanmasını önləyər. Enerji verər və baş ağrısına xeyir edər.Bağırsaqlardakı parazitlərin tökülməsinə kömək edər.Dəriyə parlaqlıq və gözəllik bəxş edər. Eyni zamanda soyuqlamağın da qarşısını alar.