Xurmadan hazırlanan xurma sirkəsi, özünə məxsus yüngül dada və qoxuya sahibdir. Alma və üzüm sirkəsi ilə müqayisədə daha şirin olan xurma sirkəsi, Ərəb və Orta Şərq ölkələrində məşhurdur.
Viral.az xəbər verir ki, dini mənbələrdə də sözü gedən xurma sirkəsi, xalq arasında şəfalı xüsusiyyətləri ilə önə çıxır.
Xurma sirkəsi necə istifadə edilir?
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Salatların tərkibinə qatılır. Dadı çox turş olmadığı üçün, yeməklərə ədviyyat olaraq qatılan xurma sirkəsi ilıq suya qatılaraq içilir. Bunun yanında xurma sirkəsi xiyar, pomidor və bibər ilə hazırlanan qarışıq turşuların içinə əlavə edilir. Yemək hazırlamaqdan əlavə şəfalı xüsusiyyətləri ilə istifadə edilən xurma sirkəsi, bal və doşab ilə qarışdırılaraq təbii dərman olaraq istifadə edilir. Dəriyə də bir çox faydası olduğu bilinən xurma sirkəsi, dəriyə çəkilir.
Evdə xurma sirkəsi necə hazırlanır?
Xurma sirkəsini eynilə düyü sirkəsi kimi evdə asanlıqla hazırlaya bilərsiniz. Xurmaları əvvəlcə təmizləyin. Sonra bankanın dördə bir hissəsini xurma ilə doldurun. Bankanı tam dolmayacaq formada su ilə doldurun. Ağzını tənziflə örtüb 40 gün işıq olmayan yerdə saxlayın. Ardından süzərək sirkəni təkrar bankaya doldurun və qaranlıq bir yerdə saxlayın.
Xurma sirkəinin faydaları nələrdir?
• Xurma sirkəsi cildi gözəlləşdirir və qidalandırır. Dərini parlaq görünməsini təmin edir.
• Xurma sirkəsi, alma sirkəsi kimi ruhi yorğunluğu azaldır.
• İmmunitet sistemini gücləndirir, ağız içində yaranan yaraların sağalma müddətini sürətləndirir.
• Xurma sirkəsini açıq yaralara çəkdikdə, yaraları daha tez sağaldır (kayzen.az).