Azərbaycan elminin, təhsilinin nüfuzu daha da artırılmalıdır. Bunun üçün biz alimlərimizdən təkliflər gözləyirik. Təklifləri olanlara isə maliyyə dəstəyi verməyə hazırıq.
Viral.az xəbər verir ki, bu sözləri sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda ADA Universitetinin rektoru professor Hafiz Paşayev söyləyib.
O bildirib ki, Azərbaycan elminin inkişafında alimlərin üzərinə böyük rol düşür: “Ölkəmizdə müasir tələblərə cavab verən alimlər yetişdirilməlidir. Xüsusilə dəqiq elmlərlə bağlı mənim narahatlığım var”.
Son Yazılar:
- İlkindən oğlu ilə bağlı paylaşım – Foto
- Turşsuya nə vaxt qayıdış olacaq?
- Cüdoçumuz Asiya turnirində qızıl medal QAZANDI
Qeyd edək ki, Forumda dövlət rəsmiləri, dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, ümumilikdə isə 200-dən çox yerli və xarici alim iştirak edir.