Əgər hansısa mübahisəli məqam varsa…

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçilər, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirakçılığa dəvət edib.

Viral.az xəbər verir ki, M.Pənahov bu barədə bu gün keçirilən iclasda danışıb.

O qeyd edib ki, 22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi araşdırılacaq.

Son Yazılar:

“Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən MSK buna aydınlıq gətirib qərar verəcək. Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq”, – deyə sədr əlavə edib.