Qaçırdığı maşınla qəza törədən şəxs TUTULDU

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərov saxlanılıb.

 

Viral.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, M. İsgəndərov iyun ayının 2-nə keçən gecə Gəncə şəhər sakininə məxsus “VAZ-2106” markalı avtomobili qaçırıb. O, Yevlax şəhərində saxlanılıb.

Son Yazılar:

 

Bundan başqa araşdırmalar zamanı onun digər bir Gəncə şəhər sakininə məxsus “VAZ-2106” markalı avtomobili qaçıraraq işıq dirəyinə vurması müəyyən olunub.

 

Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir