Hakim “Gürcü Arzusu” partiyasının lideri, keçmiş baş nazir İrakli Qaribaşvili deyib ki, Qərb tərəfdaşları ilə fikir ayrılıqları olan məsələlər var, lakin o, bu fikir ayrılıqlarının dialoq yolu ilə həll ediləcəyinə əmindir.
Viral.az xəbər verir ki, İrakli Qaribaşvilinin sözlərinə görə, hakim partiya Gürcüstan vətəndaşlarına Avropanı vizasız gəzmək imkanı verib.
“Bunu sizə “Gürcü Arzusu”, bizim hökumət gətirdi”. Təbii ki, tərəfdaşlarımızla bir sıra fikir ayrılıqlarımız ola bilər, lakin bizim konsensusumuz olan məsələlər var.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Bizim Amerika və Avropa ilə strateji tərəfdaşlığımız var. Ancaq bəzi məsələlər ola bilər ki, biz razılaşa bilmirik və bunun üçün dialoq, müzakirə və söhbət lazımdır. Biz bunu düzəldəcəyik”, – Gürcüstanın keçmiş baş naziri deyib.