Latviya Xarici İşlər Nazirliyi (XİN) ölkənin şərqində keçən həftə aşkar edilmiş Rusiya pilotsuz təyyarəsi ilə əlaqədar bu ölkənin müvəqqəti işlər vəkilini çağırıb.
Viral.az xəbər verir ki, bu barədə Latviya XİN-in məlumatında deyilir.
“Rusiyanın müvəqqəti işlər vəkilindən PUA-nın qanunsuz olaraq Latviyanın hava məkanını pozduğu barədə tam izahat verməsi xahiş edilib”, – məlumatda qeyd olunur.
Son Yazılar:
- Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi
- Hacıqabulda yağıntılar nəticəsində 200-ə yaxın evi su basdı
- 9 yaşlı uşağı maşın vuraraq öldürdü
Diplomata Rezekne rayonunda “Şahed” tipli hərbi təyinatlı pilotsuz uçuş aparatının aşkar edilməsi ilə əlaqədar qəti etiraz bildirilib.
Latviya hakimiyyəti hadisənin təfərrüatları ilə bağlı dərin araşdırma aparmağa davam edir. Latviya diplomatik kanallarla müttəfiqlərini, NATO və Aİ rəhbərliyini məlumatlandırıb.