Türkiyənin milli müdafiə naziri Yaşar Güler Gürcüstanda səfərdədir.
Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.
“Nazirlər Kabinetinin iclasından sonra Türkiyə – Azərbaycan – Gürcüstan Üçtərəfli müdafiə nazirləri toplantısında iştirak etmək üçün Gürcüstana gedən nazir Yaşar Güleri Gürcüstan müdafiə nazirinin müavini Paata Patiaşvili, Tbilisidəki səfirimiz Ali Kaan Orbay və digər rəsmi şəxslər qarşılayıblar”, – mətbuat xidməti diqqətə çatdırıb.
Son Yazılar:
- Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi
- Hacıqabulda yağıntılar nəticəsində 200-ə yaxın evi su basdı
- 9 yaşlı uşağı maşın vuraraq öldürdü
Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan – Gürcüstan – Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanda səfərdədir.