Yaş artdıqca göz rəngi dəyişə bilərmi?

Gözün rəngli hissəsi iris adlanır; Göz rəngimizi müəyyən edən piqmentasiyadır.

Viral.az xəbər verir ki, insan gözünün rəngini üç gen aşkar edir və bu genlər ən çox yayılmış rənglər arasındadır; yaşıl, qəhvəyi və mavi üçün cavabdehdir.

Kiçik yaşda göz rəngi dəyişə bilər . Qafqazlı körpələrin əksəriyyəti üç yaşınacan tünd mavi gözlərlə doğulur. Çünki adətən doğuş zamanı olmayan qəhvəyi piqment yaşla birlikdə inkişaf edir.

Son Yazılar:

Həmçinin, uşaqlar valideynlərindən tamamilə fərqli göz rənginə sahib ola bilərlər. Ancaq hər iki valideynin gözləri qəhvəyi rəngdədirsə, çox güman ki, uşaqlar da qəhvəyi gözlərlə doğulacaqlar.

Göz Rəngində Dəyişikliklər

İris, göz bəbəyinin ölçüsünü idarə etmək üçün genişlənən və daralan bir əzələdir. Göz bəbəyi qaranlıqda genişlənir və yüksək işıqlı şəraitdə kiçilir. Göz bəbəyi ölçüsü dəyişdikdə, irisdəki piqmentlər sıxılır və ya dağılır. Bu da gözün rəngini bir qədər dəyişə bilər.

Bəzi aktiv emosiyalar göz bəbəyinin ölçüsünü və irisin rəngini dəyişə bilər. Elə buna görə də bəzi insanlar qəzəbli və ya sevgi hissi keçirən zaman gözlərinin rəngini dəyişdiyini deyirlər.

Göz rəngi yaşla da dəyişə bilər. Bu, Qafqaz əhalisinin 10-15 faizində baş verir. Məsələn, qəhvəyi rəngdə olan gözlər artıq fındıq rənginə çevrilir və ya fındıq gözlər yaşla daha da tündləşə bilir.

Yetkinlərin göz rəngi olduqca kəsgin şəkildə dəyişirsə; məsələn, göz qəhvəyidən yaşıla və ya mavidən qəhvəyiyə dəyişirsə, dərhal bir oftalmoloqa müraciət etmək lazımdır. Çünki göz rənginin dəyişməsi bəzi xəstəliklər üçün xəbərdarlıq əlaməti ola bilər; Fuchs heteroxrom iridosiklit, Horner sindromu və ya piqmentar qlaukoma kimi.