“Mülki Müqavilə” dövlət protokolunun əsas tələblərinə məhəl qoymamaqda davam edir ki, bu da öz növbəsində Ermənistanın xarici reytinqinə son dərəcə mənfi təsir göstərir.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Bildirilib ki, bu ilin avqustunda Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilmiş Dövlət Dumasının keçmiş deputatı Qurgen Arsenyan sentyabrın 11-də etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib. Bu, rəsmi olaraq səlahiyyətlərin qəbul edilməsinə işarədir:
Son Yazılar:
- Bu, iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz damğasını vurdu
- Şirin su ehtiyatı təhlükəli səviyyəyə DÜŞDÜ
- Onlar Türkiyənin ən varlı müğənniləridir
“Dövlət protokoluna əsasən, səfir vəzifəsinin icrasına başlayan məmur adətən etimadnaməsinin surətini ilk olaraq vəzifələrini icra edəcəyi dövlət başçısına verir. Lakin Arsenyan Putin tərəfindən qəbul edilməyib”.
Nəşr etimadnamənin surətinin dövlət başçısından öncə XİN rəhbərinin müavini Mixail Qaluzinə təqdim edilməsini “Ermənistan tarixində görünməmiş hadisə”, rüsvayçılıq adlandırıb.