“Ferrari” pilotu dördüncü dəfə lider OLDU

“Ferrari” pilotu Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vurub.

Viral.azın məlumatına görə, 26 yaşlı sürücü üçüncü sessiyada yenidən lider olub.

“McLaren”dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.

Son Yazılar:

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq. Ş. Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunda da ilk mövqed qərarlaşıb.