Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli binanı atəşə tutması nəticəsində azı 28 nəfər yaralanıb.
Viral.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, habelə İhor Terexov sosial şəbəkədə yazıb.
“İşğalçılar Xarkovu vurdular. Nemışlyanski rayonunda mülki infrastruktur zədələnib, hazırda üç yaralı var”, – administrasiya rəhbəri qeyd edib.
Son Yazılar:
- Tramp onu Ukraynaya xüsusi elçi təyin ETDİ
- ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ÖLDÜ
- Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
Terexov isə Rusiya ordusunun çoxmərtəbəli binaya zərbə endirdiyini açıqlayıb: “Çoxmərtəbəli yaşayış binasına zərbə endirildi. Yanğın və dağıntılar müşahidə olunur”.
Daha sonra Terexov olayda 28 nəfərin yaralandığını bildirib.