Azərbaycan Qran-prisi karyeramın ən yaxşı yarışlarından biri oldu

Bu, karyeramın ən yaxşı yarışlarından biri oldu.

Viral.az xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi olan “McLaren” pilotu Oskar Piastri deyib.

23 yaşlı sürücü son dövrələrin onun üçün bir az rahat keçdiyini bildirib: “Hazırda Konstruktorlar kubokunda liderik. 12 ay əvvəl belə nəticələr mümkün deyildi. Bu, böyük komanda işidir”.