Məlum olduğu kimi, “Miss Turkey 2024”ün qalibi İdil Bilgen yarışmadan sonra tənqidlərə məruz qalıb.
Viral.az xəbər verir ki, 24 yaşlı model “NOW TV”də Çağla Şikəlin qonağı olub.
Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenin qızı olduğu ortaya çıxan Bilgen verilişdə tapşırılması ilə bağlı iddialara aydınlıq gətirib.
Son Yazılar:
- Zaqatalada ağır qəza – ölən və yaralananlar var
- Samuxda ustanı “tok” vurub ÖLDÜRDÜ
- İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul etdi
Tibb fakültəsi məzunu, 24 yaşlı İdil Bilgen şərhlərdə onu alçaldanlara bu cavabı verib:
“Mən türk qadınıyam. Bu titulu Türkiyə Cümhuriyyətimizi təmsil etmək üçün almışam. Bununla çox qürur duyuram. Ölkəmizdə qadın və uşaq qətllərinin acısını yaşadığımız bu günlərdə yazılan neqativ şərhləri insanların boşluğuna sayıram. Qətiyyən əhəmiyyət vermirəm. Yazanların çoxu bilgisi olmayıb, fikir bildirənlərdir”.