Myanmada “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.
Viral.az xəbər verir ki, bu barədə “Business Standard” ölkənin hərbi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Myanma Dövlət İnzibati Şurasının sözçüsü, general-mayor Zav My Tun bildirib ki, pis hava şəraiti səbəbindən 320 mindən çox insan evlərini tərk edərək müvəqqəti köçkün düşərgələrində məskunlaşıb.
Son Yazılar:
- İlham Əliyev paylaşım etdi – VİDEO
- “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir
- Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qasırğa, həmçinin yollara və körpülərə ziyan vurub, interneti sıradan çıxarıb.
Myanma hakimiyyəti təbii fəlakətlə əlaqədar xaricdən kömək istəyib.
Xatırladaq ki, bundan əvvəl 74 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, qasırğa Vyetnamda 230-dan çox, Filippində isə azı 20 nəfərin həyatına son qoyub.