Şəmkir rayonunda ağır yol qəzası baş verib.
Viral.az xəbər verir ki, rayonun Şiştəpə kəndi ərazisində “Toyota” markalı avtomobilinin qəzaya uğraması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elbəyi Həsənov vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, vəfat edən E.Həsənov polis kapitanıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.
Son Yazılar:
- Hər gün bir ovuc yemək xərçəngdən QORUYUR
- Səhər daha gümrah oyanmağın 10 YOLU
- Tomatlı yeməklərə duz qatmayın – Ürəyi çürüdür
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (Qafqazinfo).