Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionun digər ölkələrinə də fayda gətirəcək.
Viral.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Əminəm ki, sülhün benefisiarları təkcə Ermənistan və Azərbaycan deyil, Gürcüstan, Türkiyə və İran da ondan bərabər şəkildə faydalanacaq”, – o vurğulayıb.
Son Yazılar:
- Makron İsrailə silah tədarükünü dayandırmağa ÇAĞIRDI
- Bir gündə 5 mindən çox livanlı Suriyaya KEÇDİ
- Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı VURDU
Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var.
N.Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan sülh sazişinin təxminən 80 %-ni razılaşdıra biliblər.