Deputat seçilən Günay Ağamalı bağçasını satışa ÇIXARDI

Sabiq deputat Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus olan “Buta” bağçası satılır. 

Viral.az  unikal.org-a istinadla xəbər verir ki, şirkət hazır biznes olaraq satılır.

Belə ki, MMC və lisenziyanın qiyməti 120 min manatdır. Əşyalar isə əlavə 15 min manata təklif olunur.

Son Yazılar:

Şirkətdən saytımıza verilən açıqlamada bildirilib ki, bağçanın öz binası olmayıb:

“Biz bağçanın binasını icarə əsasında işlədirdik. Təzəlikcə özümüz üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikirdik. Oranı bağça üçün nəzərdə tutmuşduq. Zirzəmi və 1-ci mərtəbəsi tikilib. 

Tikili yarımçıq olsa da, bütün sənədləri hazırdır. 4,5 sotun içərisindədir. Qeyri-yaşayış sahəsi kimi orada istənilən bir obyekti yaratmaq mümkündür. Onun qiyməti isə 1 milyon 500 min manatdır”.

Qeyd edək ki, Günay Ağamalı 1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkilərində 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən deputat seçilib.